
Suallar/Cavablar

1. İsa Məsih kimdir?
İsa Məsih xristian imanının mərkəzi şəxsidir. Xristianlar inanırlar ki, O Allahın Oğludur və insanlara Allahı tanıtmaq, sevgi və tövbə yolunu göstərmək, həmçinin bəşəriyyəti günahdan xilas etmək üçün dünyaya gəlmişdir.
Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın– yəni Allah. sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».
MATTA 26:63-64
3. İsanın dirilməsi nə deməkdir?
İsanın dirilməsi ölüm və günah üzərində qələbə deməkdir. Məsih öldüki biz günahlarda azad olaq dirildiki biz yaşayaq.
Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi.
1Korinflilərə15:3,4
2. Niyə İsa Məsih çarmıxa çəkildi?
İsa dini rəhbərlərin və Roma hakimiyyətinin qərarı ilə çarmıxa çəkildi. Xristian inancına görə isə O, insanların günahlarının bağışlanması üçün könüllü olaraq qurban oldu.
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq.
1 Peter 2:24
4. Günahların bağışlanması mümkündürmü?
Bəli. Müqəddəs Kitaba görə, hər bir insan səmimi tövbə edib İsa Məsihə iman etməklə bağışlanma əldə edə bilər. Allahın mərhəməti hamı üçün açıqdır.
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1Yəhya1:9
5. Tövbə nədir?
Bibliyada tövbə sadəcə “üzr istəmək” deyil. Düşüncənin və yönün dəyişməsidir ,günahdan dönüb Allaha tərəf qayıtmaqdır.
Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız.
Həvarilərin işləri 3:19
6. Allaha yaxınlaşmaq üçün mükəmməl olmaq lazımdırmı?
Xeyr. Xristianlıq öyrədir ki, Allah insanı olduğu kimi qəbul edir və onu dəyişdirən Öz lütfüdür. Allaha mükəmməl olanlar deyil, axtaranlar gəlir.
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalılara5:8
7. Xilas nədir?
Xilas insanla Allah arasındakı münasibətin İsa Məsih vasitəsilə bərpa olunması, əbədi həyat və daxili yenilənmədir. Xilas bu Allahdan hədiyyədir!
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Efeslilərər2:8
8. Müqəddəs Kitab nədir?
Müqəddəs Kitab Əhdi-Ətiq və Əhdi-Cədiddən ibarət olan ilahi kitabdır. O, Allah, insanlıq tarixi, həyatın mənası və İsa Məsih vasitəsilə xilas haqqında danışır.
Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır.
2Timotey3:16
9. Ölümündən sonra insanın aqibəti nə olur?
Xristianlıq öyrədir ki, ölüm həyatın sonu deyil. İnsanın gələcəyi Allahla münasibətinə bağlıdır.
İsa dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz.
Yəhya11:25
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Yəhya3:16
10. Dua nədir?
Dua Allahla ünsiyyətdir. O, xahiş, şükür, tövbə və ya sadəcə səmimi danışıq ola bilər.
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
Filipililərə4:6
Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.
YEREMYA 33:3
11. Allah dualarımı eşidirmi?
Xristian inancına görə, Allah hər səmimi duanı eşidir. Cavab bəzən dərhal, bəzən isə fərqli şəkildə gələ bilər.
Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim.
Yeremya33:3