top of page

Suallar/Cavablar

1. İsa Məsih kimdir?

İsa Məsih xristian imanının mərkəzi şəxsidir. Xristianlar inanırlar ki, O Allahın Oğludur və insanlara Allahı tanıtmaq, sevgi və tövbə yolunu göstərmək, həmçinin bəşəriyyəti günahdan xilas etmək üçün dünyaya gəlmişdir.     
Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın– yəni Allah. sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».

MATTA 26:63-64

3.İsanın dirilməsi nə deməkdir?

İsanın dirilməsi ölüm və günah üzərində qələbə deməkdir. Məsih öldüki biz günahlarda azad olaq dirildiki biz yaşayaq.
Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. 

1Korinflilərə15:3,4

2.. Niyə İsa Məsih çarmıxa çəkildi?

İsa dini rəhbərlərin və Roma hakimiyyətinin qərarı ilə çarmıxa çəkildi. Xristian inancına görə isə O, insanların günahlarının bağışlanması üçün könüllü olaraq qurban oldu.

O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. 1 Peter 2:24

4.Günahların bağışlanması mümkündürmü?

Bəli. Müqəddəs Kitaba görə, hər bir insan səmimi tövbə edib İsa Məsihə iman etməklə bağışlanma əldə edə bilər. Allahın mərhəməti hamı üçün açıqdır.

Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. 

1Yəhya1:9

5.Tövbə nədir?

Bibliyada tövbə sadəcə “üzr istəmək” deyil. Düşüncənin və yönün dəyişməsidir ,günahdan dönüb Allaha tərəf qayıtmaqdır.

Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız. 
Həvarilərin işləri 3:19

bottom of page